Neft ixracı üçün yeni boru kəmərlərinin çəkilməsi Qazaxıstana sərfəli deyil
Astana, 5 avqust, AZƏRTAC
Neft ixracı üçün yeni magistral boru kəmərlərinin çəkilməsi Qazaxıstan üçün iqtisadi cəhətdən məqsədəuyğun deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə respublikanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin yekun rəyində deyilir.
Belə ki, bütün istiqamətlər son istehlakçıya - məhsulların idxalçısına bağlıdır. Hazırda fəaliyyət göstərən istiqamətlər neft idxal edən əsas ölkələri (Avropa, Çin) əhatə edir. Üstəlik, indiki neft kəmərləri tam gücü ilə işləmir.
Qeyd olunur ki, 2023-cü ildə gücü ildə 17 milyon ton olmaqla və ildə 7,8 milyon ton yüklənməmiş vəziyyətdə qalaraq, “KazTransOil” SC-nin Atırau-Samara istiqamətində faktiki yükü 9,2 milyon ton təşkil edib.
2023-cü ildə gücü ildə 20 milyon ton olmaqla Atasu-Alaşankou istiqamətində Qazaxıstan-Çin boru kəməri MMC-nin faktiki yükü 11,2 milyon ton təşkil edib ki, bu da onun ildə 8,8 milyon ton yüklənməməsi deməkdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
Milli Depozit Mərkəzinin üzvləri ilə görüş keçirilib
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək