Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb
Bakı, 5 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 445 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
AZƏRTAC XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azdır.
Təkcə iyul ayında isə 59 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki ayın göstəricisindən 55 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23 faiz daha çoxdur.
Qeyd edək ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çoxdur.
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
Milli Depozit Mərkəzinin üzvləri ilə görüş keçirilib
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək