Xəbərdarlıq: Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq, dolu düşəcək
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yağıntıların bəzi yerlərdə - Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Çingiz Əsgərov: Azərbaycanda hakim ştatlarının sayı 800-ə çatdırılıb
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb