“Samsung”un əməkdaşları uğursuz tətildən sonra işə qayıdırlar
Bakı, 5 avqust, AZƏRTAC
“Samsung” şirkətinin tarixində ilk müddətsiz tətil işçi qüvvəsinin yalnız kiçik hissəsini əhatə edib və bir aydan az davam edib.
AZƏRTAC xəbər verir ki, ötən ay müddətsiz tətil elan etmiş Cənubi Koreyadakı “Samsung Electronics” şirkətinin Həmkarlar İttifaqının minlərlə üzvü texnoloji nəhəngdən güzəşt əldə edə bilməyərək bazar ertəsi işə qayıdıb.
Bu, “Samsung”un çoxillik tarixində Həmkarlar İttifaqının ilk aksiyası idi. Lakin tətildə iştirak edən 6500 nəfər bu ittifaqın yalnız kiçik bir hissəsini və şirkətin ümumi işçi qüvvəsinin azsaylı işçilərini təşkil edirdi. “Nationwide Samsung Electronics Union”un vitse-prezidenti Li Hök Kukun sözlərinə görə, onların əksəriyyəti bazar günü işə qayıdıb.
Həmkarlar İttifaqı və şirkət bir neçə ay ərzində işçilərin maaşı, mükafatları və məzuniyyət günləri barədə razılığa gələ bilməyiblər. İyun ayında Həmkarlar İttifaqının üzvləri iyul ayında keçiriləcək müddətsiz tətil öncəsi xəbərdarlıq olaraq birgünlük tətil keçiriblər. Bütün bu müddət ərzində “Samsung” işçilərin hərəkətlərinin onun fəaliyyətini pozmayacağını vurğulayıb və o, bu mövqeyi keçən həftə təkrarlayıb.
Lakin əməkdaşlar üçün uzunmüddətli ödənişsiz tətilin maliyyə yükü Həmkarlar İttifaqının liderlərini ötən həftə işə qayıdış barədə əmr verməyə məcbur edib. İttifaqın təxminən 60 min dollarlıq tətil fondu var, lakin o, bu vəsaitləri xərcləyib-xərcləməyəcəyini açıqlamayıb.
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ukraynaya qaz alışı üçün 410 milyon avro ayrılır
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi