×
A
A
A
Sazlamalar

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı indiyədək ümumilikdə 18 min 467 yerli müşahidəçi akkreditasiyadan keçib

Bakı, 5 avqust, AZƏRTAC

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 18 min 467 yerli müşahidəçi akkreditasiyadan keçib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 5-də keçirilən iclasında söyləyib.
O bildirib ki, bu müşahidəçilərdən 5588 nəfəri Mərkəzi Seçki Komissiyasında, 12 min 879-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 9 beynəlxalq qurumdan və 27 ölkədən 101 nəfər akkreditə olunub.

Siyasət 2024-08-05 16:34:00