Mikayıl Müşfiq yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
Bakı, 5 avqust, AZƏRTAC
İsrailin populyar “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Sevirəm”, “Yoldaş”, “Dilənçi” şeirlərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifi mərkəzin rus dili mütəxəssisi, tanınmış tərcüməçi Püstə Axundovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Artikl” ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Azərbaycan Beynəlxalq Antalya Yörük Türkmən Festivalında geniş heyətlə təmsil olunub
Mərakeş-Azərbaycan mədəni əlaqələri iki ölkə arasındakı münasibətlərin güclənməsinə təsir edəcək
Gənc muğam ifaçısı: Məqsədim Azərbaycanın gözəl incisi olan muğamı dünyada təbliğ etməkdir
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə dərc edilib