Gəncədə "Nizami günləri" keçiriləcək
Bakı, 5 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə sentyabrın 11-dən 15-dək dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" keçiriləcək.
Gəncə Dövlət Filarmoniyasından AZƏRTAC-a bildirilib ki, "Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.
"Nizami günləri" dahi şair Nizami Gəncəvinin məqbərəsinin önündə keçiriləcək.
Vyetnamda Novruz şənliyi təşkil olunub
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iftar mərasimi təşkil olunub
Bratislavada Novruz bayramı qeyd olunub
Bir qrup mədəniyyət xadimi Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub
Daşkənddə “Novruz- Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert təşkil olunub