Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyət göstərəcək
Bakı, 5 avqust, AZƏRTAC
“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur.
İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.
Azərbaycan “Belarus Nəqliyyat Həftəsi - 2024” beynəlxalq forumunda iştirak edir
İtaliyalı professor: Azərbaycan Romanın həyati və strateji enerji tərəfdaşıdır MÜSAHİBƏ
® “Unibank”ın biznes üçün kampaniyası - istədiyin təklifi seç!
Mərkəzi Bankın “Nağd pul ofisi” müvəqqəti fəaliyyət göstərməyəcək