×
A
A
A
Sazlamalar

Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 6-sı saat 00:00-dan avqustun 9-u saat 09:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

İqtisadiyyat 2024-08-05 15:41:00