Kir Starmer Britaniyadakı iğtişaşlara görə təcili iclas keçirib
London, 5 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə günlərdir davam edən şiddətli etirazlardan sonra təcili iclas keçirib.
AZƏRTAC xəbər verir ki, görüşün təfərrüatları açıqlanmayıb. Lakin Baş nazir bir neçə gün əvvəl verdiyi açıqlamada aksiya iştirakçılarının əməllərinə görə peşman olacaqlarını demişdi.
Qeyd edək ki, Böyük Britaniyanın müxtəlif şəhərlərində radikal sağçıların keçirdikləri aksiyalarda indiyədək 150-dən çox şəxs saxlanılıb.
İyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ermənistanda hərbi çevriliş cəhdinin qarşısı alınıb
“SpaceX” Avropanın iki naviqasiya peykini orbitə çıxarıb
İsveç sakini öz bağçasında qədim medalyon tapıb
Birləşmiş Ərəb Əmirliklərinin qonaqları indi pulsuz eSIM ilə qarşılanacaqlar