Azərbaycan Mərkəzi Asiya ölkələri energetika nazirlərinin görüşündə təmsil olunacaq
Astana, 5 avqust, AZƏRTAC
Avqustun 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya ölkələri energetika nazirlərinin birinci görüşü olacaq.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tədbirdə ev sahibi ölkə ilə yanaşı, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalovun çıxışları planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
Milli Depozit Mərkəzinin üzvləri ilə görüş keçirilib
SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək