Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub
Bakı, 5 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
Son Azərbaycan çempionu III raundda Bolqarıstanın “Ludaqorets” klubunu mübarizədən kənarlaşdırsa, “Dinamo” (Zaqreb, Xorvatiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab qarşılaşmaları isə 27-28 avqustda keçiriləcək.
“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək
On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb
Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər