Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri Xədicə Babazadə və Vaqif Babayev Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Latviyanın paytaxtı Riqada təşkil olunan hazırlığa qitənin istedadlı yeniyetmə idmançıları dəvət alıblar.
“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyan toplanış avqustun 10-dək davam edəcək. Burada fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.
“Red Bull Showring” sentyabrda Budapeştdə keçiriləcək
“Sumqayıt” Vaqif Cavadovla yollarını ayırıb
Xabi Alonsonun “Real Madrid” ilə bağlayacağı müqavilənin müddəti məlum olub