Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir işləri aparılacaq
Bakı, 5 avqust, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci kilometrlik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq avqustun 11-i saat 18:00-dək davam edəcək.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub
Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib