Rəsədxana kosmik hava proqnozunu açıqlayıb
Bakı, 5 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı artıb. Günəşin səthində ləkələrin sayı qismən artıb. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik tac kütlə atılması (TKA) qeydə alınıb.
Hazırda Günəş küləyinin sürəti saniyədə 469 kilometr, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15.5 nT, radial istiqamətdə isə 10.4 nT təşkil edir.
Proqnoz günlərində (5–11 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25 faizdir.
Geomaqnit sahəsinin TKA-ın təsiri ilə bu gün G1(zəif) səviyyəli geomaqnit qasırğası, 6-7 avqustda isə qeyri-stabil olacağı gözlənilir.
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib
Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
NDU ilə AMEA arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb