×
A
A
A
Sazlamalar

Serbiyalı tennisçi Novak Cokoviç Olimpiya çempionu olub

Belqrad, 4 avqust, AZƏRTAC

Serbiyalı raketka ustası Novak Cokoviç “Paris-2024” Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, Novak Cokoviç qızıl medalı uğrunda görüşdə ispan Karlos Alkarasla qarşılaşıb. Serbiyalı raketka ustası rəqibini 7-6, 7-6 hesabı ilə məğlub edib.
Serbiya Prezidenti Aleksandar Vuçiç Novak Cokoviçin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.
“Paris Olimpiadasında qızıl medal qazanan bu idman növünün tarixinin ən böyük tennisçisi Novak Cokoviçi təbrik edirəm. Onun qələbəsi qəlbimizi qürurla doldurdu. Bu, Serbiya üçün böyük bir gündür”, - deyə paylaşımda deyilir.
Qeyd edək ki, Novak Cokoviç yaşı 30-dan yuxarı Olimpiya Oyunlarının tarixində finala çıxan üçüncü tennisçidir (Rocer Federer, Serena Uilyams).
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

İdman 2024-08-04 20:12:00