Premyer Liqa: Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib
Bakı, 4 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib.
“Bank Respublika Arena”da reallaşan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Sabah"ın heyətində Namik Ələsgərov ilə Xəyal Əliyev, "Şamaxı"da isə Rüfət Abbasov və Pusi fərqləniblər.
Günün son oyununda “Zirə” “Səbail”i sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.
Turun daha əvvəl keçirilən qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.
"Sabah" yarımmüdafiəçi ilə yollarını ayırıb
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb
Formula 1-in çinli pilotu: Azərbaycanın paytaxtı unikal yerdir
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin bir qrupunu təltif edib