“Paris-2024”: Ruslan Lunyov çıxışını başa vurub
Paris, 4 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışında 580 xal toplayan idmançı təsnifat mərhələsində 18-ci yeri tutub və finala vəsiqə qazana bilməyib. Bununla da Olimpiadada çıxışını başa vurub.
R.Lunyov 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb
Formula 1-in çinli pilotu: Azərbaycanın paytaxtı unikal yerdir
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin bir qrupunu təltif edib
Hülkenberq: Bakı küçə trasının əsas məkanıdır
Azərbaycanın akrobatika gimnastları dünya yaş qrupları yarışlarında iştirak edəcəklər