Azərbaycan boksçusu: Finalda məqsədim qızıl medal qazanmaqdır
Bakı, 4 avqust, AZƏRTAC
“İspaniyalı boksçu ilə yarımfinal qarşılaşmasında gərgin mübarizə keçdi. İnanırdım ki, finala vəsiqə qazanacağam".
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında finala yüksələn Alfonso Dominqes deyib.
Doxsan iki kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal mübarizəsində əlindən gələni etdiyini bildirib: “Hər zaman ikinci nömrədə çıxış etmişəm. Son görüşdə də bunu etdim. Nəticədə qalib gəldim”.
O, final görüşündə məqsədinin qızıl medal qazanmaq olduğunu söyləyib: “Təbii ki, məsuliyyət böyükdür. Əgər qızıl medal qazansam, bu, Azərbaycanın boks üzrə Olimpiada tarixində bir ilk olacaq".
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb
Formula 1-in çinli pilotu: Azərbaycanın paytaxtı unikal yerdir
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin bir qrupunu təltif edib
Hülkenberq: Bakı küçə trasının əsas məkanıdır
Azərbaycanın akrobatika gimnastları dünya yaş qrupları yarışlarında iştirak edəcəklər