Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb VİDEO
Paris, 4 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycanın boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda İspaniya təmsilçisi Enmanuel Reyes Pla ilə qarşılaşıb.
Rəqibinə qalib gələn boksçumuz həlledici döyüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Lazizbek Mullojonov (Özbəkistan) - Davlat Boltayev (Tacikistan) cütünün qalibi olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, A.Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Qadın voleybolçular arasında Yüksək Liqada ilk final oyunu keçirilib
Adil Şükürov: “Qarabağ” sıx qrafikdə oynamağa öyrəşib, “Neftçi” isə bundan əziyyət çəkir
Avarçəkmə üzrə “Prezident Kuboku” reqatasında iştirak edəcək ölkələr açıqlanıb
“Milan” mövsümün sonunda baş məşqçisi ilə vidalaşacaq
Avropa çempionu olmuş Azərbaycan akrobatı Lüksemburqda xüsusi mükafata layiq görülüb