Qaraçuxur qəsəbəsi ərazisində sursat aşkarlanıb
Bakı, 4 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırılıb
Azərbaycanda tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
COP29-un ilk tərəfdaşları açıqlanıb
Gürcüstanda ali məktəbə qəbul olan azərbaycanlı abituriyentlərin yarıdan çoxu dövlət qrantı qazanıb