Ukrayna vətəndaşlarını Livandan təxliyə edir
Kiyev, 4 avqust, AZƏRTAC
“Ukrayna Livanın təhlükəli bölgələrindən vətəndaşlarını təxliyə edir. Artıq 30 nəfər - 21 qadın və 9 uşaq təxliyə edilib”.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Prezidentin sözlərinə görə, təxliyə Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub. Zelenski vurğulayıb ki, ukraynalılar dünyanın hansısa bir yerində təhlükə ilə qarşılaşarsa onlar vətənlərinə təxliyə edilirlər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, təxliyə edilənlər Polşadadır. Onları Ukrayna konsulları və Baş Kəşfiyyat İdarəsinin nümayəndələri qarşılayıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Macarıstanın Baş nazirinin dəftərxana rəhbəri Brüsseli tənqid edib
Britaniyada yeni qan qrupu kəşf edilib
Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Livandan çıxmağı tövsiyə edib
Britaniya Baş naziri geyimlə bağlı ianələrdən imtina edəcək
Fransada polis zorakılığı: Peruəsilli şəxsi bölmədə döyüblər