“Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub
Bakı, 3 avqust, AZƏRTAC
Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Qalatasaray”la kubokun qalibi “Beşiktaş” üz-üzə gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “qara qartallar”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Çiro İmmobile (2 qol), Yonas Svensson, Rafa Silva və Mustafa Hekimoğlu vurublar.
“Qalatasaray”ın heyətində 87-ci dəqiqədə Viktor Nelsson qırmızı vərəqə alıb.
Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir
Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi qalib gəlib, kişi yığması heç-heçə edib
Roman Qriqorçuk: Tez bir zamanda toparlanacağıq
Misli Premyer Liqası: "Qarabağ" derbidə "Neftçi"ni məğlub edib YENİLƏNİB 5
"Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin açılış və püşkatma mərasimi keçirilib