İstanbulda Muay-tay üzrə Birinci Türk Dünyası Çempionatı keçiriləcək
İstanbul, 3 avqust, Günel Karatepe, AZƏRTAC
Avqustun 15-dən 18-dək İstanbulda Muay-tay üzrə Birinci Türk Dünyası Çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Muay-tay Federasiyasından bildirilib.
Məlumata görə, çempionat Türkiyənin Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə təşkil olunacaq.
Müsabiqədə Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, İran, Şimali Kipr Türk Cümhuriyyəti və Bosniya və Herseqovina iştirak edəcək.
Azərbaycan çempionatının debütantı türkiyəli basketbolçunu transfer edib
Azərbaycan klubu Albaniya çempionu olmuş basketbolçu ilə anlaşıb
Xəzər İsayev: Azərbaycan Formula 1 kimi mötəbər yarışların təşkilində peşəkar ölkəyə çevrilib
Xarici media Formula 1 Azərbaycan Qran-Prisi haqqında
Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam olaraq açılıb