“Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır
Bakı, 3 avqust, AZƏRTAC
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edir.
AZƏRTAC xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-nə qədər [email protected] elektron ünvanına göndərə bilər.
Göndəriləcək mahnılar tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2024-cü il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və mediada (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumatları da mütləq şəkildə təqdim etməlidir.
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
Gəncədə “Nizami günləri” davam edir
İlham Nəzərov: Həyatda çətinliklərdən keçməyən artist yarada bilməz MÜSAHİBƏ
Gənc ifaçı: Uşaqlıqdan diqqətimi cəlb edən kamança artıq həyatımın bir hissəsidir
Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur