Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyaya məxsus sualtı qayığı vurub
Kiyev, 3 avqust, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyaya məxsus sualtı qayığa və S-400 zenit-raket kompleksinə hücum edib.
Bu barədə AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Bildirilib ki, avqustun 2-də Ukrayna Silahlı Qüvvələrinin raket qoşunlarının bölmələri Hərbi Dəniz Qüvvələrinin bölmələri ilə əməkdaşlıq edərək “Triumf” hava hücumundan müdafiə sisteminin 4 buraxılış qurğusuna zərər vurub.
Bundan əlavə, ukraynalı əsgərlərin Sevastopol limanına hücumu nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Rostov-na-Don” sualtı qayığı vurulub.
B-237 “Rostov-na-Don” sualtı qayığı kalibrli raketləri vura bilən dörd “Kilo” sinif sualtı qayıqdan biridir. “Rostov-na-Don” 2014-cü il dekabrın 26-da istifadəyə verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib
Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır
İngiltərədə sənaye zonasında güclü yanğın baş verib
Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib