Azərbaycanda duz istehsalı artıb
Bakı, 3 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 42 min 414,1 ton texniki duz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,5 faiz çoxdur.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə xörək duzunun istehsalının həcmi 23,4 faiz artaraq 41,6 min tona çatıb.
Bu il iyulun 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 34,6 min ton texniki, 2,2 min ton xörək duzu olub.
Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq
NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb
SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub