Müdafiə Nazirliyinin saytında hərbçilər üçün “Mənzil növbəsi” bölməsi yaradılıb
Bakı, 3 avqust, Elmir Səftərov, AZƏRTAC
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında “Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov məlumat verib.
O bildirib ki, həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.
HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub
Hərbi Hava Qüvvələrində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib
Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər