Serbiyadakı müdafiə sənayesi müəssisəsində partlayış baş verib
Bakı, 3 avqust, AZƏRTAC
Serbiyadakı “Kruşik” müdafiə sənayesi müəssisəsinin sexlərinin birində partlayış baş verib, yeddi nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Veçerne novosti” portalı yazır.
Valevo şəhər polisinin məlumatına əsasən, müəssisənin sexində partlayış zamanı 20 işçi olub, onlardan yeddisi müxtəlif travmalarla həkimlərə müraciət edib.
“Kruşik” Serbiya müdafiə sənayesinin ən böyük müəssisələrindən biridir.
Con Kirbi: ABŞ-ın Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsi ilə bağlı siyasəti dəyişməyib
Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faiz artıb
Ukrayna daha 49 hərbçisini əsirlikdən geri qaytarıb
Çin hökuməti əhalini “uyğun yaşda” evlənməyə çağırır
Şimali Koreya ilk dəfə uranın zənginləşdirilməsi üzrə obyektlərin fotoşəkillərini dərc edib