Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Qəbələdə iməcilik aksiyası keçirilib
Qəbələ, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Qəbələ rayonunda iməcilik aksiyası keçirilib. Aksiyada 15 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şəki Regional Hidrometeorologiya Mərkəzinin, Şahdağ Milli Parkının Qəbələ bölməsinin və Bum meşəbəyliyinin nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, iməcilik aksiyasında Bum qəsəbəsindən Qəmərvan kəndinə gedən avtomobil yolunun sağ və sol kənarlarında 400 kiloqram çəkidə bərk məişət tullantısının təmizlənməsi təmin edilib.
Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında iyulun 10-da startı verilən Ümumrespublika Təmizlik Marafonu hər həftənin 4 və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edir. Təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd hər kəsi ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq və bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.
Qubanın Çiçi kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib
Tovuzda 5 yaşlı uşağı avtomobil vurub
Naxçıvanda çörək sexində ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb