Azərbaycan XİN ölkə vətəndaşlarına Livana səfərlərlə bağlı xəbərdarlıq edib
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdarlıq yayıb.
AZƏRTAC xəbər verir ki, XİN-in bununla bağlı açıqlamasında deyilir: "Livan Respublikasının yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.
Eyni zamanda, hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur".
Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib
Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib
Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir