Qubanın Çiçi kəndində modul tipli məktəb binası quraşdırılıb
Quba, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Çiçi kəndində 128 şagird yerlik modul tipli məktəb binası quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb yeni dərs ilindən kollektivin istifadəsinə veriləcək. Hazırda binada son tamamlama və daxili tərtibat işləri həyata keçirilir.
Məktəb 9 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Məktəbin həyətində idman qurğuları və meydança inşa edilib. Təhsil ocağı müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Sabirabadda yol qəzası olub, piyada ölüb
ADSEA nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdə olub
Qaxda “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
Tərtərdə ağacəkmə aksiyası keçirilib
Naxçıvanda dövlət orqanlarını təmsil edən məsul əməkdaşlar üçün təlimlərə start verilib