“Vikipediya”nın özbək dili bölməsində Azərbaycana aid məqalələrin yaradılması davam edir
Bakı, 2 avqust, AZƏRTAC
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” könüllüləri onlayn ensiklopediyanın özbək dili bölməsində Azərbaycana aid məqalələrin yaradılmasını və zənginləşdirilməsini peşəkar səviyyədə həyata keçirirlər.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Könüllü qrup tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov, Şuşa şəhərində XVIII əsrə aid tarix-memarlıq abidəsi olan Əsəd bəyin evi, əslən Şuşadan olan, 1931-cü ildə Daşkənddə vəfat etmiş şair Baxış bəy Səbur, dünyaşöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə Bakıda ucaldılmış abidə haqqında məqalələr yaradılıb. Məqalələrdə özbək oxucularına geniş məlumat verilir. Qeyd edim ki, mərkəzin könüllüləri Azərbaycan aid məqalələrin yaradılmasını səmərəli və sistemli şəkildə həyata keçirirlər”, - deyə Elnur Eltürk bildirib.
BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO
Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib