Quru Qoşunlarında artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir
Bakı, 2 avqust, AZƏRTAC
Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair zabitlərin məruzələri dinlənilib.
Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda olub
Azərbaycanın və Özbəkistanın hərbi mütəxəssisləri birgə əməkdaşlığa dair müzakirələr aparıblar
Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli qəbul keçirilib VİDEO