Sabah 8 Noyabr prospektinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 3-ü saat 06:00-dan etibarən Bakı şəhərinin 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib
AZAL-dan bütün istiqamətlərə 25 faiz endirim kampaniyası
“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib