Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 2,7 dəfə artıb
Bakı, 1 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri 4,36 faiz azalaraq təqribən 37,3 milyon dollar, əsaslı xərclər isə 2,7 dəfə artaraq təxminən 8 milyon dollar olub.
AZƏRTAC BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub.
Xatırladaq ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb
Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakıda ÜPİ ilə İKTA arasında poçt qanunvericiliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur