İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb
London, 1 avqust, AZƏRTAC
İngiltərə Mərkəzi Bankı (“Bank of England” - BoE) uçot dərəcəsini 5,25 faizdən 5 faizə endirib.
AZƏRTAC xəbər verir ki, bu, 2020-ci ilin martından bəri ilk dəfə baş verir. Bank 2023-cü ilin avqust ayında Böyük Britaniyada artan qiymətlərlə mübarizə aparmaq üçün uçot dərəcəsini 16 ilin ən yüksək göstəricisi olan 5,25 faiz səviyyəsinə qaldırmışdı.
Britaniyanın maliyyə naziri Reyçl Rivz faiz dərəcələrinin aşağı salınmasının sevindirici xəbər olduğunu deyib.
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib