×
A
A
A
Sazlamalar

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Bakı, 1 avqust, AZƏRTAC

Cari ilin birinci yarımilinin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 37 nəfər və ya 1,6 faiz artaraq 2386 nəfər olub.
AZƏRTAC BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

İqtisadiyyat 2024-08-01 16:43:00