BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb
Bakı, 1 avqust, AZƏRTAC
Bu ilin birinci yarımilində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 758,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,6 faiz artım deməkdir.
AZƏRTAC BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir ki, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 332,5 milyon dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (77 şirkət üzrə) 183,6 milyon dollar xərcləyib.
Bundan başqa, hesabat dövründə BP-nin 224 kiçik və orta müəssisə üzrə xərcləri 220,8 milyon dollar, 22 dövlət şirkəti üzrə xərcləri isə 21,8 milyon dollar təşkil edib.
Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib