×
A
A
A
Sazlamalar

Bank sektorunun inkişaf imkanları ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı bank sektorunun cari vəziyyəti, qarşıda duran çağırışlar, eləcə də sektorun inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin bank sektorunun cari ilin ikinci rübü üzrə göstəriciləri, son makroiqtisadi meyillər və ümumilikdə gündəmdə olan digər mühüm məsələlər müzakirə edilib.

 

İqtisadiyyat 2024-07-25 14:01:00