Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılması müzakirə edilib
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.
Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nümayəndə heyəti “Azərtrans” və “Səngəçal” terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.
Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib
Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib
Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb
® Məktəbli qızlar ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
İlk rübdə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları proqnozu 6,7 milyon manat üstələyib