İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB VİDEO
İmişli, 24 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər. Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər çıxarılıb.
Hadisə nəticəsində xəsarət alan üç nəfər - İbrahim Xəlil Nizami, Atamoğlan Nazim oğlu Məmmədov, Nofel Fərmayil oğlu Eyvazov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
18:17
İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 17 radələrində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük və minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım heyəti və İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.
Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm
Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir
Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb
Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik