® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin ikinci rübünü uğurla başa vurub
“Ziraat Bank Azərbaycan” cari ilin ikinci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Bank müsbət artım dinamikasını cari rüb ərzində də davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib.
Yayımlanmış hesabatlara əsasən, bankın cəmi aktivləri bu ilin ilk altı ayı ərzində 21,4 faiz artaraq 773 milyon manata çatıb. Bankın balans kapitalı isə ilin əvvəlindən 7,8 faiz artaraq 126 milyon manatı keçib.
“Ziraat Bank Azərbaycan”ın kredit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artaraq 425 milyon manata çatıb. Bankın prioritet istiqamətlərindən hesab edilən və kredit portfelinin mühüm hissəsini təşkil edən biznes kreditləri üzrə artım isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz təşkil edib. Bankın müştəriləri tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfeli üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faiz artaraq 289 milyon manatı keçib.
Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Ziraat Bank Azərbaycan”ın əməliyyat gəliri 26,6 faiz artaraq 12,9 milyon manatı keçib. Yayımlanmış hesabatlara əsasən, bank 2024-cü ilin ilk altı ayı ərzində 8,1 milyon manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 97 faiz artım olduğunu göstərir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb
® “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
® “Birbank” vasitəsilə sığorta alanlara şad xəbər
® “AccessBank”dan 12+0,25 faizlik depozit imkanı!
Ötən il Azərbaycanda aparılan nağdsız əməliyyatların həcmi rekord həddə çatıb