® ABB Sumqayıtda 3-cü filialını açıb!
Sənaye əhəmiyyətinə və əhali sayına görə ölkəmizin ən böyük şəhərlərindən olan Sumqayıtda bank xidmət və məhsullarını daha da əlçatan etmək üçün ABB burada yeni bir filial açıb.
Beləliklə, ABB-nin hazırda Sumqayıtda xidmət göstərən filiallarının sayı 3-ə çatıb. Yeni yaradılmış filial Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 509 ünvanında fəaliyyətdədir. ABB-nin bu şəhərdəki digər filialları isə 13-cü mikrorayon, Üzeyir Hacıbəyli küçəsində və Səməd Vurğun küçəsi - 112/14 ünvanında müştərilərin xidmətindədir.
3 saylı “Sumqayıt filialı”nın binası da bankın yeni brend kimliyinə uyğun qurulub. Müştərilərə ən yüksək səviyyədə xidmət üçün burada hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən digər filialları kimi yeni filialda da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
Sumqayıt şəhərində ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
SOCAR Xəzər regionunda ilk dəfə “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır
Nazir: Ötən il ARDNF-dən transfertlərin büdcə gəlirlərində xüsusi çəkisi 34 faiz olub
Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb
Bakıda “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumu keçirilir