BMU-da yeni açılan fizika ixtisası son texnologiyalar əsasında tədris ediləcək
Xırdalan, 23 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) yeni açılan fizika ixtisası ingilis dilində və ən müasir texnologiyalar vasitəsilə tədris olunacaq. Tələbələr universitetin nəzdində fizikanın əsas baza fənləri -mexanika, molekulyar fizika, elektrik maqnetizmi, optika, atom və nüvə fizikasına dair müasir, tam avtomatlaşdırılmış laboratoriyalardan, eyni zamanda, mühəndis kadrların hazırlanması üçün quraşdırılmış laboratoriyaların imkanlarından istifadə edə biləcəklər.
BMU-dan AZƏRTAC-a bildirilib ki, Fizika laboratoriyasının maddi-texniki bazası tələbələrin elmi hesablamalar aparmaq, bu sahənin müxtəlif istiqamətləri üzrə əsas təcrübə işlərinin həyata keçirilməsinə tam imkan verir. Tələbələr hər bir təcrübə işində kompüterdən, çox sayda müxtəlif sensorlardan, eləcə də xüsusi proqram təminatından yararlanaraq ölçmə apardığı kəmiyyətləri birbaşa cədvəl və qrafiklər əsasında müşahidə edə bilirlər.
Bu ixtisasın məzunları əmək bazarında layiqli iş tapmaqla yanaşı, fizika, fizika müəllimliyi, mühəndislik, fizika texnologiyaları və fənlərarası magistr proqramlarında uğurla iştirak edə bilərlər.
Qeyd edək ki, BMU-nun builki qəbul planına əlavə edilən yeni ixtisaslar sırasında fizika ilə yanaşı, biotexnologiya, kimya, riyaziyyat, nəqliyyat mühəndisliyi, qida mühəndisliyi və şərabçılıq yer alır.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
DİM: Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib
Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir
DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur