Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası yaradılır – FƏRMAN
Bakı, 23 iyul, AZƏRTAC
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır. Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində müəyyən dəyişikliklər edilib.
AYB katibi: Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır
Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib
AMEA-da “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib
DİM-in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib