Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib – SƏRƏNCAM
Bakı, 23 iyul, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təsdiq edilib.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Müşahidə Şurasının üzvləri təsdiq edilib.
Azərbaycan Universitetində tələbələrin istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi başlayıb
BDU tələbələri Türkiyənin təqaüd proqramları barədə məlumatlandırılıb
Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır
Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında memorandum imzalanıb
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən biblioqrafik göstərici çapdan çıxıb