UNOPS onkoloji xidmətlərin modernləşdirilməsində Özbəkistana yardım edir
Bakı, 23 iyul, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi (UNOPS) və Özbəkistan hökuməti İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə Daşkənddə və bu ölkənin 13 regionunda onkoloji xidmətlərin modernləşdirilməsi üzrə layihə həyata keçirirlər. AZƏRTAC bu barədə Özbəkistan mətbuatına istinadla xəbər verir.
Qeyd olunur ki, layihə çərçivəsində Daşkənddəki yeni Onkologiya və Radiologiya Mərkəzi dünyanın aparıcı istehsalçılarından ən müasir və yüksək texnologiyalı tibbi avadanlıqları qısa müddətdə qəbul edib.
BMT-nin Layihə Xidmətləri Ofisi bu günədək Özbəkistana 41 milyon ABŞ dollarından çox dəyəri olan avadanlıq, o cümlədən müasir diaqnostika, müalicə, laboratoriya, radioloji və informasiya-kommunikasiya ləvazimatları tədarük edib.
2024-cü ilin sonuna qədər Özbəkistana əlavə 18 milyon ABŞ dolları dəyərində təchizat, o cümlədən qabaqcıl anatomik kartoqrafiya avadanlığı və xüsusi texnologiya göndəriləcək.
Layihənin məqsədi Özbəkistanda onkoloji yardımın modernləşdirilməsi, bu sahədə xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılmasıdır. Onun həyata keçirilməsi sayəsində hər il 150 mindən çox onkologiya xəstəsinin xərçəngin operativ və dəqiq aşkarlanması, ünvanlı terapiya və fərdi qayğı daxil olmaqla, bütün xidmətlərə çıxışının təmin edilməsi planlaşdırılır.
Təşəbbüs sayəsində gündəlik klinik xidmətlərin sayının 40 faiz artacağı və stasionar müalicənin keyfiyyətinin yaxşılaşacağı da gözlənilir.
İsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib
Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?
Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya
Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi
Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər