İran Hərbi Dəniz Qüvvələri batmış “Səhənd” esminesinin təmirinə başlayır
Bakı, 23 iyul, AZƏRTAC
İran Hərbi Dəniz Qüvvələri “Səhənd” esminesinin bərpasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
“Bir müddət əvvəl yanalma körpüsündə təmir zamanı çənlərinə su daxil olması səbəbindən tarazlığını itirən “Səhənd” esminesi Bəndər Abbasdakı gəmi təmiri mərkəzlərindən birinə təhvil verilib”, - deyə məlumatda bildirilir.
Hərbi Dəniz Qüvvələri batmış gəmini dənizin dibindən qaldırmaq üçün əməliyyat keçirib, daha sonra gəmi təmir mərkəzlərindən birinə daşınıb.
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
Gürcüstanda sərnişin qatarında yanğın olub
Pakistan Hindistanın şimalındakı hücumda iştirakını inkar edib