Estoniyada yeni hökumətin andiçmə mərasimi keçirilib
Bakı, 23 iyul, AZƏRTAC
Kristen Mixalın (İslahatlar partiyası) başçılıq etdiyi Estoniyanın yeni hökumətinin üzvləri ölkə parlamentinin iclasında konstitusiya quruluşuna sadiq qalacaqlarına və xalqın rifahı üçün çalışacaqlarına and içiblər.
AZƏRTAC ERR teleradio portalına istinadla xəbər verir ki, ölkə Prezidenti Alar Karis andiçmə mərasimindən sonra Kai Kallasın rəhbərlik etdiyi Nazirlər Kabinetini vəzifəsindən azad edib.
Yeni hökumət İslahatlar partiyası, Sosial Demokratlar partiyası və “Eesti 200” partiyasından ibarət hakim koalisiya tərəfindən formalaşdırılıb. Nazirlər Kabinetinin yeni tərkibi iyulun 22-də prezident tərəfindən təsdiqlənib.
Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri postuna təyin edilən Estoniyanın sabiq Baş naziri Kai Kallas isə oktyabrda vəzifəsinin icrasına başlamalıdır.
Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq
Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq
61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb
Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər